.


BakiVaxti.com









    Hüquqi şəxslər və fərdi sahibkarlar icarə haqqından müvəqqəti azad edildilər

    Nazirlər Kabinetinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1998-ci il 27 aprel tarixli 93 nömrəli, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 2000-ci il 23 dekabr tarixli 226 nömrəli, “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə qərar qəbul edilib. 

    Baş Nazir Əli Əsədovun bununla bağlı imzaladığı qərarda deyilir: 

    1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 301, № 7, maddə 477; 2000, № 5, maddə 369, № 7, maddə 560; 2008, № 5, maddələr 432, 443, № 10, maddə 937; 2009, № 10, maddə 846; 2011, № 8, maddə 785; 2015, № 11, maddə 1418; 2016, № 10, maddə 1696) ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyekt-lərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8-1-ci hissə əlavə edilsin.

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google