.


BakiVaxti.com









    GAP funksionerindən Milli Şuraya sərt sözlər

    “Öz xalqının, millətinin, vətəndaşının və dövlətinin güzəranının pisləşməsinə sevinənlərin, ondan öz məqsədləri, öz təbliğatları üçün istifadə edənlərin bir adı ola bilər – VƏTƏN XAİNLƏRİ!”

    Bu sözləri Gələcək Azərbaycan Partiyası sədrinin səlahiyyətli nümayəndəsi Aslan Həmidli öz sosial şəbəkə hesabında paylaşıb.

    Mətni olduğu kimi sizlərə təqdim edirik:

    Milli Şüursuzların növbəti qeybətxanası…

    Öz xalqının, millətinin, vətəndaşının və dövlətinin güzəranının pisləşməsinə sevinənlərin, ondan öz məqsədləri, öz təbliğatları üçün istifadə edənlərin bir adı ola bilər – VƏTƏN XAİNLƏRİ!

    Hər kəs bu AXCP və Milli Şüursuzların əsl simasını görməlidir. Hesab edirəm ki, ora yığışanları başa salmaq lazımdır ki, siz artıq tarixin zibilliyindəsiniz!

    Əmin olun ki, xalq üçün etdiyiniz bütün bu “qəhrəmanlıqların” bumeranqını görəcəksiniz.

    Mənə maraqlıdır ki, bu şəxsiyyətdən yoxsul insanların sözü ilə hərəkət edənələr görəsən heç utanırmı?!”

     

    P.S. Xatırladaq ki, Milli Şura adlanan qurumun İdarə Heyyətinin iclasının qeybət xarakterli videosu yayılmışdı.

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google