.


BakiVaxti.com









    Şuranın dəstəklədiyi layihənin icrası yekunlaşıb

    “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Daxili İşlər Nazirliyi ilə birgə  “İnsan alverinin qurbanları və potensial insan alveri qurbanları üçün sığınacağın fəaliyyətinin gücləndirilməsi” layihəsi üzrə işlərə yekun vurub.

    Layihə Bakı şəhərində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin  “Qadın və uşaq  sığınma evində” icra edilib.

    Layihə ilə bağlı DİN-in İAQMBİ-nin rəisi, polis general-mayoru Həzi Aslanov, Səhiyyə  naziri  Oktay Şirəliyevə, ozamankı Təhsil  naziri  Ceyhun Bayramov, Əmək və Əhalinin Sosial  Müdafiəsi naziri Sahil Babayev, Ailə, Qadın Və Uşaq Problemlərı üzrə Dövlət Komitəsının sədrı Bahar Muradova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva rəsmi qaydada məlumatlandırılıb.

    2 aylıq (20.06.2020- 20.08.2020) fəaliyyət dövründə layihə üzrə həyata keçirilən tədbirlər aşağıdakılar olub:

     

    *30 qadın hüquqi, psixoloji, tibbi, məşğulluq və peşə bacarıqlarının artırılması üzrə yardım, o cümlədən qida, geyim, gigiyenik vasitələr, dərman pereparatları ilə təmin edilib. Onlardan 21 nəfəri insan alveri qurbanı, digərləri potensial qurbanlar olub.

    *21 qadın işsiz kimi qeydiyyatdan keçərək 190 manat sosial dəstək alıb.

    *15 nəfər qadın peşə bacarıqları (dərzilik)  məşğələlərinə cəlb edilib.

    *13 nəfərin məhkəmə işinə yardım edilib.

    *1 xarici vətəndaşın təhlükəsizliyi təmin olunub və öz ölkəsinə (Rusiya Federasiyası)  qayıdışına dəstək verilib.

    *Layihə müddətində 11  müxtəlif mövzuda birgünlük təlimlərdə 30 qadın iştirak edib.

    *30 uşağın (19 qız və 11 oğlan) pedaqoji, tibbi, qida, geyim problemlərinə dəstək verilib. Uşaqların onlayın təhsilə qoşulması həyata keçirilib.

    *Pandemiya dövründə 129 ailəyə qida yardımı göstərilib.

    *Pandemiya dövründə  sığınacaq sakinlərinin dəstəyi ilə 2400 ədəd maska tikilib və həssas vəziyyətdə olan insanlara paylanılıb.

    *Layihə çərçivəsində 15 nəfər əmək fəaliyyətinə inteqrasiya edilib. Bu iş yerlərinin bir qismi onlayn fəaliyyətdən ibarət olub.

    Nəzərdə tutulduğu  kimi, fəaliyyət dövründə ictimaiyyətin geniş məlumatlandırılması mütamadi həyata keçirilib.

    “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova

     

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google