.


BakiVaxti.com









    Saxta sənədlər hazırlayan “müəllimə”

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Baş Prokurorluğunun diqqətinə dövlət qurumlarının adından saxta sənədlər hazırlayaraq məhkəmələrə təqdim edən 201 saylı məktəbin müəlliməsi haqqında bir sıra məlumatları çatdırmaq istəyirəm. Belə ki, 201 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Svetlana Hüseynova və yoldaşı Həsənov Teymur Yayca oğlu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və həmin qurumun vəzifəli şəxslərinin adından saxta sənəd düzəldərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Fikrət Mirzəyevin sədrlik etdiyi məhkəməyə və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Qafarovanın sədrlik etdiyi məhkəməyə təqdim ediblər. Sənədlərin təqdim edilmə tarixi müvafiq olaraq, 20.12.2018-ci il və 01.04.2019-ci il tarixlərinə təsadüf edir. Qeyd edim ki, bu məhkəmə proseslərində atam Hüseynov İlham onlara qarşı iddia qaldırmışdır. Çıxılmaz vəziyyətin yarandığını görən qarşı tərəf hakimlərin başını aldatmaq yolunu seçərək, saxta sübütlar hazırlayıb məhkəməyə təqdim ediblər. Mən bu faktı təzəlikcə aşkar etdim. Belə ki, işin materiallarının içərisində Bakı şəhəri üzrə Təhsil İdarəsinin vəzifəli şəxsləri tərəfindən atama ünvanlanan həqiqiliyi şübhə doğuran, aşağıdakı sənədlər aşkar olunub. Həmin sənədlərdən göründüyü kimi onların hansı tarixdə tərtib olunması, dövlət emblemi və gerbi, sənədi tərtib edən qurumun adı və digər sənədin qanunauyğun və etibarlı şəkildə hazırlanmasını təsdiq edəcək rekvizitləri göstərilməyib. Bütün bu cür məlumatların olmaması isə onun saxta yollarla hazırlandığı fikrini yaradır. Sənəddə “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin” möhüründən istifadə olunaraq, qurumun Rəşad Tağıyev, Rəsulova Sevinc və Əsədova Səidə adlı əməkdaşlarının adından imza çəkilib. Rəşad Tağıyev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin hal-hazırda müdiridir, digər adları yazılan şəxslər isə çox guman həmin qurumda işləyirlər. 
    Həmçinin daha belə bir saxta sənəd Nizami Rayon Məhkəmsinin hakimi Mətanət Hacıyevanın adından tərtib olunub. Sənədə Nizami Rayon Məhkəməsinin möhürü vurulmaqla, adıçəkilən hakimin imzası çəkilib.
    Qeyd edim ki, ünvanımıza Bakı Şəhər üzrə Təhsil İdarəsi tərəfindən digər cavab məktubları da gəlib və əminliklə deyə bilərəm ki, onların tərtib olunma forması tamamilə fərqlidir. Bununla əlaqəli tərəfimizdən Bakı şəhəri Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidmətinə məsələnin araşdırılması üçün, şikayətlər ünvanlanmışdır. Ümid edirəm ki, tezliklə adıçəkilən qurumlar şikayətimizi araşdıraraq bu sənədlərin kimlər tərəfindən hazırlanmasını müəyyən edib, məsuliyyətə cəlb edəcəklər.

    Saxta sənədlər hazırlayan “müəllimə”
    Saxta sənədlər hazırlayan “müəllimə”
    Qeyd edim ki, əvvələr də Təhsil Nazirliyinə və Bakı şəhəri üzrə təhsil İdarəsinə Hüseynova Svetlananın hüquqa zidd əməlləri haqqında məlumatlar vermişdik. Onların biri istisna olmaqla digərlərinə baxılmamışdır. Hətta şikayətimizin araşdırlması barədə başımızı aldatmağa, şikayətçi olduğumuz şəxslərin əməllərini ört-basdır etməyə yönəlmiş cavablar verilmişdir. Bütün bunlar məni onu düşünməyə vadar edir ki, Hüseynova Svetlana Təhsil Nazirliyində və Bakı şəhəri Təhsil İdarəsində kimlərsə tərəfindən himayə olunur.
    Artıq elə vəziyyət yaranıb ki, bu cür cəzasızlıq mühitini görən Hüseynova Svetlana artıq bu qurumların özlərinin adından saxta sənədlər hazır edib, məhkəmlərə təqdim edir. Biz vaxtında deyəndə ki, bu insan yoldaşı ilə birləşib dələduzluq əməlləri edir, insanların pulunu, əmlakını mənimsəyir, müəllimə adına ləkə gətirən hərəkətlər edir bizə əhəmiyyət vermirdilər. Nəticədə vəziyyət elə gətirdi ki, indi onları cəzasiz qoyan qurumun əməkdaşlarının adında saxta sənəd düzəldirlər. 
    Bütün bunlarla əlaqəli artıq dərəcədə xahiş edirəm ki, Təhsil Nazirliyinin rəhbərliyi və hüquq mühafizə orqanları bu məsələni araşdıraraq, qanunsuz əməlləri törədən şəxslərin cəzalandırılmasına, qanunla müəyyən edilmiş şəkildə məsuliyyətə cəlb olunmasına köməklik göstərsinlər. Həqiqiliyi şübhə doğuran bir sıra digər sənədlər də vardır ki, onları da araşdırma zamanı hüquq mühafizə orqanlarına təqdim edə bilərəm.

    Hüseynov Taleh
    055 657-40-97

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google