.


BakiVaxti.com









    57 yaşlı iştirakçı: "Bakı Marafonu idman bayramıdır" - Foto

    "Bakı Marafonu idman bayramıdır".

    Diasportv.az bildirir ki, bunu Trend-ə  marafonun 57 yaşlı iştirakçısı Novruz Kərimov deyib.

    O, Bakı Marafonunda ikinci dəfədir iştirak etdiyini qeyd edib:

    "Bu təşəbbüsü çox yüksək dəyərləndirirəm. Hesab edirəm ki, bu tədbir çox gözəl addımdır".

    N.Kərimov Bakı Marafonunun idman bayramı olduğunu vurğulayıb: "Uzun müddətdir bu yarışları gözləyirdik. Azru edirik ki, Azərbaycanda böyük marafon da keçirilsin".

    Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonu keçirilir.

    Marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icraçısı "Sport Marketing Group" (SMG) şirkətidir.

    Dövlət Bayrağı Meydanından start götürən marafon Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

    "Bakı Marafonu 2017" yarışında qaliblər iki kateqoriya - kişi və qadınlar üzrə müəyyən olunacaq. Kateqoriyaların hər birində 1-ci yerin sahibi 3000 AZN, 2-ci yerin sahibi 2000 AZN, 3-cü yer tutan isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcəklər.

    Bundan əlavə, kişi və qadın kateqoriyası üzrə hər birində 3 iştirakçı olmaqla, yarışda 4, 5 və 6-cı yerləri qazanan 6 nəfərə Avropa daxilində istədikləri ölkəni seçmək imkanı yaradılmaqla 2 nəfərlik səyahət bileti hədiyyə ediləcək.

    7-ci və 8-ci yerin sahiblərinə "Bakı Marafonu 2017"nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 və 10-cu yerin sahiblərinə isə 100 AZN-lik hədiyyə kuponu veriləcək.

    Xatırladaq ki, Bakı Marafonu ilk dəfə 2016-cı il mayın 1-də təşkil olunub və 7000 nəfərdən çox iştirakçısı olub.

    "Bakı Marafonu"nun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon "Küləyə qalib gəl" şüarı altında keçirilir.

    "Bakı Marafonu 2017"dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google