.


BakiVaxti.com









    Azərbaycanın hərbi tibb mütəxəssisləri iranlı həmkarları ilə görüşüblər

    Azərbaycan Müdafiə Nazirliyinin bir qrup tibb xidməti zabiti Tehran şəhərində olub.

    DiasporTV APA-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev İran Silahlı Qüvvələrinin tibb xidməti rəisi briqada generalı Həsən Ərağizadə ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıb.

    İran Silahlı Qüvvələrinin tibb xidmətinin imkanlarının öyrənilməsi məqsədilə Azərbaycan nümayəndə heyəti İslam İnqilabı Keşikçiləri Korpusunun Bəqiyətullah və Cəmaran hospitallarını, Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Besət hospitalını, İran Ordusunun Tibb Elmləri Universitetini ziyarət edib, eləcə də müdafiə qabiliyyətləri sərgisinə baxış keçiriblər.

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google